“Qarabağ” “Kəpəz”ə qalib gəldi
18.10.2024 , 19:50

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci dövrəyə start verilib.
Korner.az xəbər verir ki, 10-cu turun ilk oyun günündə 1 matç keçirilib.
“Kəpəz” “Qarabağ”ı qəbul edib və 0:5 hesabı ilə məğlub olub.
Tura 19 və 20 oktyabr tarixində oynanılacaq matçlarla yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, 10-cu tur
18 oktyabr
18:00. “Kəpəz” – “Qarabağ” – 0:5
Qol: Emmanuel Addai, 17, Aleksey İsayev, 51, Leandro Andrade, 53, Toral Bayramov, 67, Aleksey Kaşuk, 78
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Asiman Əzizli, Əkbər Əhmədov
VAR: Kamal Umudlu
Tovuz şəhər stadionu
