“Qarabağ” “Kəpəz”ə, “Neftçi” “Səbail”ə qalib gəldi
18.05.2025 , 20:55

Bu gün Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub.
Korner.az xəbər verir ki, günün ilk oyunu “Neftçi” və “Səbail” klubları arasında keçirilib. “Ağ-qaralar” rəqibini məğlub edib.
“Qarabağ” isə “Kəpəz”ə qalib gəlib – 3:0.
Bununla da, lider “Qarabağ” xal sayını 86-ya çatdırıb.
Azərbaycan Premyer Liqası
XXXV tur
“Neftçi” – “Səbail” – 3:0
Qollar: Darbo 1, Salyanski 25, Əlirza Müştəbəzadə 79 (avtoqol)
Baş hakim: Nicat İsmayıllı
Neftçi Arena
“Qarabağ” – “Kəpəz” – 3:0
Qollar:Leandro Andrade 34, Kaşuk 73,Musa Qurbanlı 82
Baş hakim: Rəvan Həmzəzadə
Azersun Arena
