“Qarabağ” “Kəpəz”ə məğlub oldu
19.05.2023 , 19:37
Futbol üzrə Azərbaycan I Divizionda XXVI turdan təxirə salınmış bir matç keçirilib. Bununla da tur yekunlaşıb.
Korner.az xəbər verir ki, “Kəpəz” və “Qarabağ”ın əvəzedici komandalarının görüşündən Gəncə təmsilçisi 2:1 hesablı qələbəylə ayrılıb.
I Divizion
XXVI tur
19 may
“Kəpəz-2” – “Qarabağ-2” – 2:1
Qollar: Cavad Kərimov, 8; 86 – Hüseyn Hüseynli, 90+1