Avropa Liqasının pley-off matçı çərçivəsində “Qarabağ” “Yanq Boyz” klubunun qonağı olacaq.
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisi sözügedən qarşılaşmada iştirak etmək üçün İsveçrəyə bu gün gedəcək.
Komanda saat 17:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşəcək.
Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 20-i, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
