“Qarabağ” istədi, “Sabah” alır
27.06.2019 , 12:45

Cənubi Afrikanın “Kayzer Çifs” klubunun üzvü Hendrik Ekşteyn karyerasını “Sabah”da davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, 28 yaşlı futbolçu “Sabah”dan təklif alıb və bu gün danışıqlar üçün Bakıda olacaq. “Qarabağ”ın da maraqlandığı və heyətinə qatmaq istədiyi yarımmüdafiəçi ilə razılıq əldə olunacağı təqdirdə müqavilə imzalanacaq. Ancaq onunla imzalanacaq müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, son klubu “Kayzer Çifs” olan yarımmüdafiəçi ötən mövsüm bu komandanın heyətində 19 oyunda meydana çıxıb və qol vurub.
