“Qarabağ” istədi, İngiltərəyə getdi
11.04.2020 , 10:15

İngiltərənin “Norviç” klubu yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib.
Korner.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi adı bir müddət əvvəl “Qarabağ”la yanaşə çəkilən “Düdelanj”ın yarımmüdafiəçisi Danel Sinani heyətinə qatıb. Onunla 2023-cü ilin iyununa kimi müqavilə imzalanıb. Lüksemburqlu futbolçu bu mövsüm başa çatdıqdan sonra komandaya qoşulacaq.
Qeyd edək ki, Sinani bu mövsüm 16 matçda 14 qol vurub.
