Çempionlar Liqasının qrup mərhələsində sabah “Qarabağ”ın qonağı olacaq “Atletiko”nun baş məşqçisi Dieqo Simeone oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Sabah çətin oyun gözləyir. Bunu necə dəyərləndirirsiz və Qrizmanın necə çıxış edəcəyini düşünürsüz?
– Gözləntilər yalnız bir oyunçudan deyil, ümumi komandadandır. Komandama inanıram. Sabah lazımi nəticəni əldə edəcəyik.
– Son oyunda heç-heçə etdiniz. Azarkeşlə sizdən böyük şey gözləyir. O nəticədən sonra narahat deyilsiniz ki?
– Komandamın düzgün yolda olduğunu bilirəm. Hər oyun inkişaf etməyə çalışırıq. “Roma” ilə qələbə qazanacağım oyunda heç-heçə etdik. “Çelsi” ilə matçda inamlı oynadıq, amma uduzduq. Bunlara baxmayaraq, futbolçularıma inanıram.
– Rəqib elə də güclü deyil. Buna baxmayaraq, hər hansı dəyişiklik edəcəksinizmi?
– Bizim üçün vacib olan 3 xalı qazanmaqdır. Bunun üçün nə lazımdır, hansı dəyişikliyə ehtiyac olsa, edəcəyik. Bizi elə də asan oyun gözləmir.
– “Qarabağ” komandasında təhlükəli gördüyünüz oyunçular varmı?
– Rəqibdə güclü oyunçular var. Miçeli qeyd etmək istərdim. Hər oyunun öz gözəlliyi var. Futbol baxımlı idman növüdür. Rəqiblər dəyişir və hər rəqibin özünə aid gözəllikləri var.
– “Qarabağ” ispana futbolun yaxın oyun sərgiləyir. Belə komanda ilə oynamaq sizə hansı çətinlikləri yaradacaq?
– “Qarabağ” ispan futboluna yaxın oynayır, təsdiq edə bilərəm. Amma onlar hər oyuna başqa cür hazırlaşırlar. “Çelsi” və “Roma” ilə matçda fərqli taktikalar oldu. Sabahki matçda bizə orta xəttdən təhlükə yarada biləcəklər.
– “Çelsi” ilə oyuna qədər La Liqa matçlarında böyükhesablı qələbələr qazanmışdız. Sanki “Çelsi”dən sonra komandadan eniş var…
– Komandama inanıram, düzgün yoldayıq. Artırılası və yaxşılaşdırılası çox şeylər var. Çalışaraq nəticələr əldə edirik. Öz üzərimizdə işləsək nəticə qazanacağıq.
– Ümumilikdə, Qarabağ və Azərbaycan haqda düşüncələriniz necədir?
– Qarabağın tarixi haqqında məlumatım yoxdur. Buna görə üzr istəyirəm. Sadəcə klub haqda məlumatım var.
