“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin İtaliya “İnter”inə qarşı keçiriləcək oyununa ciddi itki ilə çıxa bilər.
Xəbər veridiyimiz kimi, “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov Azərbaycan Premyer Liqasının 15-ci turunun dekabrın 7-də “Neftçi”yə qarşı keçirilən matçında zədələnmişdi.
Klubun mətbuat katibi Nurlan İbrahimov Korner.az-a açıqlamasında, gənc müdafiəçinin diz qapağının altında zədə aşkarlandığını deyib. “Hazırda futbolçunun ayağında ağrılar var və o, bərpa prosesi keçir”.
B.Hüseynovun “İnter”lə matçda iştirak edib-etməyəcəyi oyun günü müəyyənləşəcək.
