Bu gün Azərbaycan Premyer Liqasında 31-ci turun oyunlarına start veriləcək.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Premyer Liqanın lideri "Qarabağ" "Azersun Arena"da "İnter"i qonaq edəcək. Ağdam təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə liderliyini bir qədər möhkəmləndirəcək.
Qeyd edək ki, Premyer Liqada 31-ci turun qalan oyunları sabah və bazar günləri keçiriləcək.
22 aprel (cümə)
Premyer Liqa, 31-ci tur
19:00. “Qarabağ” – “İnter” – 2:0
Qollar: Reynaldo, 12 (1:0), Muarem Muarem, 50 (2:0)
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov
“Azersun Arena”.
