Topaz Premyer Liqanın 2016/2017-ci illər mövsümünün I turunda keçiriləcək “Qarabağ” – “İnter” oyununun məkanı dəyişdirilib.
Korner.az-ın Ağdam klubunun saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma “İnter Arena”da oynanılacaq.
Buna səbəb “Qarabağ”ın ev oyunlarını keçirdiyi “Azərsun Arena”nın ot örtüyündə yeniləmə işlərinin aparılmasıdır. Avqustun 7-də keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, daha öncə “Qəbələ” – “Kəpəz” görüşünün stadionunun yeri də dəyişdirilib. Oyun avqustun 8-də Qəbələ şəhər stadionunda deyil, Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək.
