Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “İnter” matçının biletləri dekabrın 8-dən satışa çıxarılacaq.
Bu barədə Korner.az-a açıqlama verən “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov satışa 30920 biletin çıxarılacağını deyib.
İbrahimov bildirib ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 1-10 manat aralığında dəyişəcək. Yalnız VİP biletlər istisnadır. Bu biletlər 50 manata satılacaq.
Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu dekabrın 11-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.
