Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “İnter” oyununa bilet satışı davam edir.
Korner.az-ın məlumatına görə, bu saatadək 15 min bilet satılıb.
Artıq 1 manatlıq biletlər tükənib ve 5 manatlıq biletlərə tələbat artıb.
Qeyd edək ki, dekabrın 11-də keçiriləcək qarşılaşma saat 21.00-da başlayacaq.
