Məlum olduğu kimi, dekabrın 11-də “Qarabağ” və “İnter” klubları Avroliqanın F qrupunun son turunda üz-üzə gələcək.
Korner.az Stadium.Az-a istinadən xəbər verir ki, sözügedən oyuna bilet satışı dekabrın 8-dən başlanacaq.
Matç üçün 31 min biletin satışa çıxarılacağı gözlənilir. Böyük ehtimalla, italyan klubuyla matçda da mərkəzi arenaımız tam dolacaq.
“Qarabağ” – “İnter” dueli dekabrın 11-i, saat 21:00-da start götürəcək.
