Avroliqanın qrup mərhələsinin son turunda baş tutacaq “Qarabağ” – “İnter” matçının hakimləri açıqlanıb.
Korner.az-ın məlumatına görə, dekabrın 11-də baş tutacaq qarşılaşmanı çexiyalı hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Miroslav Zelinka olacaq . Ona Ondrjey Pelikan, İrji Molaçek, Petr Ardeleanu və Jan Jilek kömək edəcəklər. Antonin Kordula isə dördüncü hakim olacaq. Uelsli Raymond Ellingem hakim-inspektor, moldovalı Gennadi Skurtul isə UEFA nümayəndəsi kimi Bakıya gələcək.
“Qarabağ”-“İnter” dueli 11 dekabr, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
