Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisi yerli “Vakker” klubu ilə qüvvəsini sınayıb.
Oyunun taleyini bir qol həll edib. Matçın 41-ci dəqiqəsində qapısında qol görən “Qarabağ” görüşdən məğlub ayrılıb – 0:1.
Qeyd edək ki, Qurban Qurbanovun komandası ikinci sınaq matçını iyunun 28-i Rusiya çempionu “Zenit”ə qarşı keçirəcək. Son yoxlama oyunu isə iyulun 1-də “Skenderbeu” ilə olacaq.
25 iyun
Yoxlama oyunu
18:30. “Qarabağ” – “Vakker” – 0:1
Qol: Yamniq Floryan, 41 (0:1)
