Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama matçını keçirib. Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisinin ilk sınaqçı rəqibi İranın "Zob Ahan" klubu olub.
İlk hissədə heç bir komanda fərqlənə bilməsədə, ikinci yarıda "Qarabağ2 Əfran İsmayılovla qələbə topunu vurub.
"Qarabağ" qarşılaşmaya aşağıdakı heyətlə çıxıb:
Fərhad Vəliyev, İlqar Qurbanov, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Namiq Yusifov, Qara Qarayev, Vüqar Nadirov, Elnur Abdulov, Muarem Muarem, Rauf Əliyev
