Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu bu gün ilk yoxlama matçına çıxıb.
Korner.az-ın məlumatına görə, Qurban Qurbanovun komandası Rumıniyanın “Dinamo” (Buxarest) klubu ilə qarşılaşıb.
Görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Rumıniyanın yüksək liqa təmsilçisi olan “Dinamo” hazırda turnir cədvəlində beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Ağdam təmsilçisinin digər yoxlama oyunları yanvarın 22, 23 və 25-də baş tutacaq.
19 yanvar
Yoxlama görüşü
13:30. “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Buxarest, Rumıniya) – 1:0
Qol: Leroy Corc, 58 (1:0)