Avrokuboklar

“Qarabağ” iki mərhələ keçib 1,14 milyon avro qazanıb

02.08.2018 , 13:51

Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksələn “Qarabağ”ın UEFA-dan əldə etdiyi gəlir müəyyənləşib.

Ağdam klubu turnirə qatılmaqla 280 min avro qazanmışdı. Sloveniyanın “Olimpiya” klubunu mübarizədən kənarlaşdıran 380 min avroya yiyələnmişdi. Ötən gün Albaniya “Kukesi”ni məğlub edərək, III mərhələyə yüksələn təmsilçimizin UEFA-dan bu mövsüm ümumi qazancı 1,14 milyon avro olub.

Qeyd edək ki, ÇL-in qrupuna vəsiqə qazanan klub 12 milyon avro mükafat alır.

Son yazılar

Yuxarı