Maliyyə problemıləri içərisində var-gəl edən və mövsümün sonunda fəaliyyətini dayandıracaq “Simurq” legionerlərinə də “get” deyib. Futbolçuların köhnə maaaşları da ödənilməyəcək və buna görə də, aparıcı heyət üzvlərinin Zaqatalanı tərk edəcəyi dəqiqdi.
Korner.az-ın əldə etdiyi məlumata görə, “Qarabağ” “Simurq”un hazırkı durumundan yararlanmaq istəyir. Ağdam klubu hücumçu problemini Draqan Çeranla həll etmək niyyətindədi.
12 qolla bpmbardirlər siyahısında ikinci pillədə qərarlaşan forvardın Ağdam klubuna keçidi yaxındı.
