“Qarabağ”dan tarixi qələbə!
14.12.2023 , 23:42
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində sonuncu oyuna çıxıb.
Korner.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İsveçin “Hekken” komandası ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə təmsilçimiz 2:1 hesablı qələbə qazanıb.
Bununla da “Qarabağ” Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksəlib.
Avropa Liqası
Qrup mərhələsi, VI tur
14 dekabr
H qrupu
21:45 Qarabağ – Hekken (İsveç) – 2:1
Qollar: Leandro Andrade, 1, Yassin Benzia, 45+4
Baş hakim: Yuxin Xaca (Albaniya)
Tofiq Bəhramov adına Respublika stadionu