Avropa Liqasında üçüncü mərhələyə yüksəlmiş Ağdamın “Qarabağ” klubu İsveçin “Hefle” komandasını keçsə, zəiflər səbətində yer alacaq. Belə olacağı təqdirdə siə Qurban Qurbanovun yetimrələri güclü rəqiblə qarşılaşacaq.
Korner.az-ın məlumatına görə, mübarizəyə dördüncü mərhələdən qoşulacaq komandalar arasında İngiltərədən “Tottenhem”, İspaniyadan “Betis”, Almaniyadan “Ayntraxt”, İtaliyadan “Fiorentina”, Portuqaliyadan “Braqa”, Rusiyadan “Spartak” (Moskva), Hollandiyadan “Alkmaar”, “Feyenoord”, Ukraynadan “Dinamo” (Kiyev), “Dnepr”, Türkiyədən “Beşiktaş”, Belçikadan “Genk” var.
Təmsilçimiz üçüncü mərhələni adlayacağı halda potensial rəqibləri bunlar olacaq:
“Ştutqart” (Almaniya), “Rubin” (Rusiya), “Sevilya” (İspaniya), “Standard”, “Brügge” (hər ikisi Belçika), “Udineze” (İtaliya), “Hapoel” (Tel-Əviv, İsrail), “Makkabi” (Hayfa, İsrail), “Sent-Etyenn” (Fransa), “Lex” (Polşa), “Trabzonspor” (Türkiyə), “Suonsi” (İngiltərə), “Jilina” (Slovakiya).
“Qarabağ”ın, Çempionlar Liqasının üçüncü mərhələsində ələnəcək klublardan birinə rəqib olması mümkündür. Bunların arasında PAOK (Yunanıstan), “Zalsburq” (Avstriya) və s. var.
Xatırladaq ki, Ağdam təmsilçisi ilk mərhələdə Makedoniyanın “Metallurq” (hər iki oyunda 1:0), ikinci mərhələdə isə Polşanın “Pyast” (2:1, 2:2) klubunu mübarizədən kənarlaşdırmışdı.
