“Qarabağ” hazırlıqlara start verdi
07.10.2020 , 14:53

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Legiya” ilə qarşılaşmadan sonra istirahətdə olub.
Korner.az xəbər verir ki, Ağdam təmsilçisi 5 günlük fasilədən sonra artıq hazırlıqlara start verilib.
Milli komandaya dəvət alan futbolçular məşq prosesində iştirak etməyib, əvəzində isə ikinci komandanın bir neçə üzvü əsas komandanın hazırlığına qoşulub.
Qeyd edək ki, “Qarabağ” Azərbaycan Premyer Liqasının VI turunda “Qəbələ”ni qəbul edəcək.
