Amerikalı rejissor Tomas Qoltsun "Qarabağ" Futbol Klubu haqqında çədiyi sənədli film bu gün nümayiş etdiriləcək.
Korner.az-ın məlumatına görə, film Bakı vaxtı ilə saat 19.30-da ANS televiziyasının efirində yayımlanacaq.
Qeyd edək ki, "Ofsayd" adlı 52 dəqiqəlik filmin çəkilməsinə azərbaycanlı jurnalist Şakit Eminbəyli də köməklik göstərib. Ekran əsərində komandanın Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz oyunlarını işğal altında olan şəhərindən kənarda keçirmək məcburiyyətində qaldığı da vurğulanır.
