Mövsümün ikinci yarısına hazırlıqlarını Antalyada davam etdirən "Qarabağ" təlim-məşq toplanışını bu gün yekunlaşdıracaq.
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisi son oyun günündə iki yoxlama görüşü keçirəcək.
Son Azərbaycan çempionu ilk öncə Avstriyanın “Admira Uaker” klubu ilə üz-üzə gələcək. Bu oyun Bakı vaxtı 18:15-də başlayacaq.
Qurban Qurbanovun komandası daha sonra Polşanın "Yaqelloniya" klubu ilə qarşılaşacaq. Həmin görüşün start fiti Bakı vaxtı ilə saat 20:15-də veriləcək.
23 yanvar
Yoxlama oyunları
18:15. “Qarabağ” (Azərbaycan) – “Admira Uaker” (Avstriya) – 3:4
20:15. “Qarabağ” (Azərbaycan) – “Jagelloniya” (Polşa) – 0:1
