“Qarabağ” günü iki məşqlə tamamladı
09.01.2019 , 10:20

Topaz Premyer Liqasının ikinci dövrəsinə hazırlıqları davam etdirən “Qarabağ” 3 gündür ki Türkiyədədir. Antalyada hazırlıqları davam etdirən Ağdam təmsilçisi günü iki məşqlə başa vurub.
Gün ərzində həkim testindən də keçən futbolçular çempionatın ikinci dövrəsi üçün hazırlıqları davam etdiriblər.
Qeyd edək ki, yanvarın 27-dək Antalyada hazırlıq keçəcək “Qarabağ” bu müddətdə 5 yoxlama görüşündə qüvvəsini sınayacaq. Rəqiblər “Botoşani” (Rumıniya – 12 yanvar), “Paxtakor” (Özbəkistan – 16 yanvar), “Bohemians” (Çexiya – 19 yanvar), “Pyast” (Polşa – 23 yanvar) və Donetsk “Şaxtyor”u (Ukrayna – 26 yanvar) olacaq.
