“Qarabağ” göstərdi ki, çox təhlükəli komandadır” – “Kukesi”nin futbolçusu
26.07.2018 , 12:08

“Qarabağ”ın güclü komanda olduğunu bilirdik. Bu səbəbdən rəqibdən bu cür oyun gözləyirdik. Onların qeyri-adi bacarığa malik futbolçuları var”.
Bu sözləri Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundan (0:0) sonra “Kukesi”nin müdafiəçisi Simon Rumbullaku deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan 26 yaşlı futbolçu nəticədən razı qalıb:
“Taktiki planda ideal oynadıq. Rəqibin ikinci hissədəki təzyiqini xatırlayıram. Nötəci önəmlidir. Düzdür, hücumda elə də yaxşı deyildik, ancaq müdafiədə əla oynadıq. Bir səhv hər şeyi məhv edə bilərdi. Buna baxmayaraq, meydanda hamı ən yaxşı oyununu göstərdi, bütün bacarığını ortaya qoydu və heç bir mübarizədən çəkinmədi. Bütün heyət və işçi qrupu bu nəticəyə layiq idi. Cavab matçına daha yaxşı hazırlaşmalıyıq”.
Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasında cavab matçı avqustun 1-də Bakıda keçiriləcək və 21:00-da start götürəcək.
