“Qarabağ” getdi
18.06.2019 , 15:58

“Qarabağ” bu gün Avstriyaya gedib.
Korner.az xəbər verir ki, Ağdam klubu təlim məşq toplanışının ikinci mərhələsi üçün sözügedən ölkəyə yola düşüb. Qurban Qurbanovun komandası orada 2 həftə hazırlıq keçəcək.
Qeyd edək ki, “Qarabağ” toplanış müddətində 4 yoxlama oyunu keçirəcək. Ağdamlılar iyunun 22-də Bolqarıstanın “Ludoqorets”, iyunun 25-də Rumıniyanın “Krayova”, iyunun 28-də Rusiyanın “Ufa”, iyulun 2-də isə Çexiyanın “Viktoriya” klubu ilə qarşılaşacaq.
