“Qarabağ”mübarizəni dayandırdı
24.02.2023 , 02:50

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” Belçikada “Gent”in qonağı olub. Əsas vaxtı və əlavə vaxtı 1:0 hesabıyla başa çatan matçın qalibini penaltilər seriyası müəyyənləşdirib. Son zərbələrdə daha dəqiq olan “Gent” mərhələ adlayan tərəf olub.
Komandalar arasında Bakıda baş tutan matçda “Qarabağ” qələbə qazanıb – 1:0.
Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunları
23 fevral
00:00 Gent (Belçika) – Qarabağ – 1:0 (penaltilər 5:3)
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
İlk oyun – 0:1
