“Qarabağ” – “Gent” oyununa hakimləri
14.02.2023 , 11:04

Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində fevralın 16-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” (Belçika) qarşılaşmasının hakimləri açıqlanıb.
Korner.az xəbər verir ki, görüşü İsveçdən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Məhəmməd Əl Hakim olacaq. Ona yan xətt hakimləri Fredrik Klayver və Robin Vilde kömək edəcəklər. Dördüncü hakim funksiyasını Boyan Pandziç yerinə yetirəcək.
VAR hakimləri Polşadan olacaq. Əsas VAR referisi Bartoş Frankovski, köməkçisi isə Pavel Pşkitdir.
