“Qarabağ” “Gent”ə qalib gəldi
16.02.2023 , 23:43

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib.
Korner.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da növbəti matçına çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Gent”i qəbul edib və 1:0 hesablı qələbə qazanıb.
Komandalar arasında cavab oyunu fevralın 23-də Belçikada olacaq.
Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun
16 fevral
21:45 Qarabağ – Gent (Belçika) – 1:0
Qol: Leandro Andrade, 78
Baş hakim: Mohammed Əl-Hakim (İsveç)
