“Qarabağ” futbolçusu Bəxtiyar Soltanovu yenidən icarəyə verib.
Korner.az-ın məlumatına görə, Ağdam klubu 23 yaşlı hücumçunu bu dəfə digər əyalət təmsilçisi – “Simurq”a icarəyə verdiyini rəsmən açıqlayıb. Soltanov cari mövsümün sonuna kimi Zaqatala klubunun uğurları üçün çalışacaq.
Qeyd edək ki, “Qarabağ” Bəxtiyarı ötən yay Gəncənin “Kəpəz” klubuna 6 aylıq icarəyə vermişdi.
