“Qarabağ” Konfrans Liqasında
03.11.2022 , 23:42

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyunlara start verilib.
Korner.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da bu gün qrupda sonuncu matçına çıxıb.
“Köhlən atlar” Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyanın “Frayburq” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə bitib.
Bununla da Ağdam klubu yoluna Konfrans Liqasında davam edəcək.
Avropa Liqası, qrup mərhələsi, 6-cı tur
3 noyabr
G qrupu
21:45 Qarabağ – Frayburq (Almaniya) – 1:1
Qollar: K.Ovusu, 90+1 – N.Petersen, 25 (penalti)
Hakimlər: Aleksey Kulbakov, Dmitri Juk, Aleh Maslianka, Dmitri Dmitryiev (hamısı Belarus)
Bakı.T.Bəhramov adına Respublika stadionu.
21:45 Olimpiakos (Yunanıstan) – Nant (Fransa)
Xal: Frayburq – 13. Qarabağ – 7. Nant – 6. Olimpiakos – 2.
