Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyası (İFFHS) dünya klublarının növbəti reytinq cədvəlini açıqlayıb. Korner.az-ın məlumatına görə, ölkəmizi 408 klubun olduğu siyahıda təkcə "Qarabağ" təmsil edir.
Ağdam klubu 74 xalla Argentinanın “Kolon de Santa Fe” və “Nevell’s Old Boys”, Cənubi Kiprin “Anortosis”, Meskikanın “Jaguares de Çiapas”, Perunun “Alianza” və Fransanın “Kan” klubları ilə 280-287-ci pillələri bölüşür.
Siyahıya yenə "Barselona" 367 xalla liderlik edir. “Real” 306 xalla ikinci, Argentinanın “Velez Sarsfield” klubu isə ilk üçlüyü qapayır.