Ölkə futbolu

“Qarabağ” forması ilə 100 oyun keçirmək qürurvericidi”

23.02.2021 , 17:16

“Qarabağ”ın futbolçusu Abdullah Zubir klubun rəsmi saytına açıqlama verib.

Korner.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Ağdam komandasının heyətində 100 oyun keçirməsi ilə bağlı bunları deyib:

“Sevincimi necə ifadə edəcəyimi bilmirəm. Doğrudan da “Qarabağ” forması ilə 100 oyun keçirmək qürurvericidi. Çox şadam və xoşbəxtəm ki, bu klubdayam. Hər şey ürəyimcə və zövqümcədi. Bu klubda möhtəşəm insanlar cəmləşib. Komandanın uğuru üçün hamı çalışır. Belə möhtəşəm klubda oynadığım və 100-cü oyunumu keçirdiyim üçün çox xoşbəxtəm”.

Zubir “Qarabağ”la müqaviləsini 3 il artırmasından danışıb və komandaya gələcək oyunlarda fayda verməyə çalışacağını bildirib:

“Qarabağ”ın necə iddialı olduğu hər kəsə məlumdu. Özümə qarşıdakı illərdə də komandanın iddialarına cavab verəcək səviyyədə oyun nümayiş etdirməyi arzulayıram. Daha çox qollar vurmaq və “Qarabağ”ın daha böyük zəfərlərinə töhfə verməyi arzu edirəm. Əlimdən gələni edəcəyəm ki, qarşıdakı dönəm əvvəlkindən daha uğurlu və yaxşı olsun”.

Son yazılar

Yuxarı