Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Fiorentina” matçının biletləri bu gün satışa çıxarılıb.
Korner.az-ın məlumatına görə, həlledici oyuna böyük maraq var.
Biletlərin satışa çıxarıldığı ilk gündə artıq 7 min bilet satılıb. Oyun gününə kimi bütün biletlərin satılacağı gözlənilir.