“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ikinci turunda sabah səfərdə “Fiorentina” (İtaliya) klubunun qonağı olacaq.
Korner.az-ın məlumatına görə, komanda bu gün oyunöncəsi son məşqinə çıxıb.
Son hazırlıq qarşılaşmanın keçiriləcəyi “Artemio Franki” stadionunda baş tutub və təxminən 1 saat davam edib. Hazırlıqda bütün futbolçularımız iştirak edib.
Qeyd edək ki, “Fiorentina” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
