Futbol

“Qarabağ” “Ferentsvaroş”la heç-heçə etdi

03.08.2022 , 22:00

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Korner.az xəbər verir ki, “atlılar” III təsnifat mərhələsinin ilk matçında Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə bitib.

Komandalar arasında cavab oyunu avqustun 9-da Budapeştdə keçiriləcək.

Cütün qalibi pley-off mərhələsində “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. “Qarabağ” – “Ferentsvaroş” cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun

3 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Ferentsvaroş” (Macarıstan) – 1:1
Hakimlər: Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç)
VAR hakimləri: Yohem Kamfus, Rob Diperink (hər ikisi Niderland)
Tofiq Bəhramov adına Respublika stadionu

Son yazılar

Yuxarı