“Qarabağ” Çempionlar Liqasının pley-offunda
09.08.2022 , 23:56

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.
Korner.az xəbər verir ki, “atlılar” Macarıstanda “Ferentsvaroş” klubunun qonağı olub. Groupama Arena”da keçirilən görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gələrək, pley-offa vəsiqəni təmin edib.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
9 avqust
22:00. “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan) – 1:3
Qollar: Abdullah Zubir, 7, İbrahima Vadji, 54, 78, Traore, 86
Hakimlər: Karlos del Serro, Xose Naranxo, Qonsalo Qonsales, Migel Anxel Ortis Arias (hamısı İspaniya)
VAR hakimləri: Xavyer Estrada Fernandes, İqnasio İqlesias Vilyanueva
Budapeşt, “Groupama Arena”
İlk oyun – 1:1.
