“Qarabağ” – “Ferentsvaroş” oyununun biletləri satışa çıxarılır
30.07.2022 , 19:46

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”la ev oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmisaytı məlumat yayıb. Bildirilir ki, sözügedən matçın biletləri sabah – iyulun 31-i saat 11:00-dan satışa çıxarılacaq.
Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək);
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək).
“28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində (11:00-dan 22:00-dək).
Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.
