“Qarabağ” – “Ferensvaroş” oyununun vaxtı dəqiqləşib
28.07.2022 , 10:39

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” – “Ferensvaroş” (Macarıstan) oyununun vaxtı dəqiqləşib.
Korner.az-ın məlumatına görə, ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq
Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək.
