“Qarabağ” – FCSB matçının hakimləri açıqlandı
21.01.2025 , 13:30
Bakıda “Qarabağ”la Rumıniyanın FCSB komandaları arasında keçiriləcək UEFA Avropa Liqası oyununun təyinatları məlum olub.
Korner.az xəbər verir ki, matçın baş hakimi Filip Qlov olacaq.
Ona yan xətt hakimləri Daniel Polaçek və Peter Bednar köməklik göstərəcəklər. Dördüncü hakim fünksiyasını isə Lukaş Dzivyak yerinə yetirəcək.
Yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – FCSB matçına saat 21:45-də start veriləcək.