“Qarabağ” fərqli komandadır” – AEL-in baş məşqçisi
30.07.2021 , 11:29

Kiprin AEL komandasının baş məşqçisi Duşan Kerkes Konfrans Liqasının 3-cü mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, serbiyalı mütəxəssis, “Qarabağ”ın Albaniya “Vlazniya”sından daha güclü olduğunu deyib:
“Qarabağ” fərqli komandadır. “Vlazniya”dan daha yaxşıdır. Qarşıda iki oyun var və inanırıq ki, növbəti mərhələyə vəsiqə əldə edəcəyik”.
“Qarabağ” AEL-lə ilk matçı avqustun 5-də səfərdə keçirəcək. Komandalar arasındakı cavab matçı isə avqustun 12-də Bakıda olacaq.
