“Qarabağ” Türkiyənin Qızılcahamam bölgəsində təlim-məşq toplanışını davam etdirir.
Korner.az-ın klubun saytına isitinadən yaydığı xəbərə görə, Ağdam klubu təlim-məşq toplanışında iki oyun keçirməyi planlaşdırırdı. Daha öncə “Sepehan”la oyun planlaşdırılsa da, İran klubunun Türkiyəyə gəlməməsi planın baş tutmasına səbəb olub. Buna görə də, “Qarabağ” hər iki görüşdə “Mordoviya” ilə qarşılaşacaq. Rus təmsiçisi ilə ilk oyun İyunun 24-ü, digəri isə 27-i baş tutacaq.