“Qarabağ” dünya reytinqində irəlilədi
11.03.2022 , 10:11
“Qarabağ” dünya reytinqində irəliləyib.
Korner.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 300 klubun yer aldığı reytinq siyahısında 129 xalla 108-ci pillədə qərarlaşıb. “Köhlən atlar” ötən ayla müqayisədə 54 pillə irəliləyib.
Reytinq siyahısına 310 xalla İngiltərənin “Çelsi” (310) klubu başçılıq edir.