“Qarabağ” – “Dundalk” oyununa biletlər satıldı
31.07.2019 , 16:28

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Dundalk” klubunu qəbul edəcək.
Korner.az-ın məlumatına görə,satışa çıxarılan 2 və 5 manatlıq biletlər satılıb.Satışda yalnız VİP (50azn) biletlər qalıb.
Oyuna bu gün “Dalğa Arena”da saat 21:00-da start veriləcək.
Cütün ilk oyununda 1:1 hesablı heç-heçə qeydə alınıb.
