“Qarabağ” – “Düdelanj”: son məşqlər və mətbuat konfransları
10.12.2019 , 11:34

Avropa Liqasının qrup mərhələsinin VI turun matçları çərçivəsində baş tutacaq “Qarabağ” – “Düdelanj” (Lüksemburq) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
Korner.az-ın məlumatına görə,dekabrın 11-i saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
“Düdelanj”ın baş məşqçisi isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Lüksemburq təmsilçisinin son məşqi saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
