Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ” Lüksemburq təmsilçisi “Düdelanj”la qarşılaşacaq.
Korner.az-ın məlumatına görə, komanda ilk oyununu azarkeşləri önündə keçirəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma 12 iyul saat 21:00-da start götürəcək.
Qeyd edək ki, tərəflər arasında cavab matçı bir həftə sonra, iyulun 19-da keçiriləcək (Klub saytı)
