Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Düdelanj” oyunu üçün hakim təyinatları açıqlanıb.
Korner.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisinin Lüksemburq çempionu ilə matçını israilli hakimlər birqadası idarə edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun baş hakimi Orel Qrinfild olacaq. Ona Danni Krasikov və İdan Yarkoni kömək edəcəklər.
