Avropa liqası

“Qarabağ” – “Düdelanj”: biletlər satışda

18.11.2019 , 16:20

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin VI turunda dekabrın 12-si, saat 21:55-də Lüksemburqun “Düdelanj” klubunu qəbul edəcək.

Korner.az xəbər verir ki, qarşılaşmanın biletləri bu gündən etibarən satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 50 və 75 AZN-dir.

Biletlərin satış məntəqələri:

Qarabağ FK fan-şop (Park Bulvar)
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
ASAN Sumqayıt
İticket.az (onlayn).

Son yazılar

Yuxarı