UEFA Avropa Liqasının qrup mərhələsində noyabrın 6-da keçiriləcək "Qarabağ" – "Dnepr" matçının hakimləri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, bu qarşılaşma polşalı hakimlər briqadasına tapşırılıb.
Görüşün baş hakimi Pavel Gil olacaq. Ona Piotr Sadzuk və Marcin Borkovski köməklik edəcək. Konrad Sapela isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, "Qarabağ" – "Dnepr" matçı noyabrın 6-da, saat 21:00-da başlayacaq.
